image-652f78acf3594backend

Fəxrəddin Koca: ”Türkiyə Qəzzada 20 səhra xəstəxanası inşa edəcək”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca qəzzalılar üçün 20 səhra xəstəxanası tikmək üçün lazımi hazırlıqları gördüklərini söylədi.
Nazir Fəxrəddin Koca dünən keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada həm Rəfah sərhəd-buraxılış məntəqəsi yaxınlığında, həm də Əl Ariş hava limanında 20 səhra xəstəxanası tikmək üçün lazımi hazırlıqları gördüklərini bildirdi.
Fəxrəddin Koca bununla bağlı Misir və Fələstin Səhiyyə Nazirlikləri ilə danışıqlar apardıqlarını, təhlükəsizliyin təmin olunmasını və icazələrin verilməsini gözlədiklərini qeyd edib.
Türkiyənin səhiyyə naziri icazə verildiyi təqdirdə dərhal sağlamlıq əməliyyatlarına başlamağa hazır olduqlarını vurğuladı.
Xatırladaq ki, ”Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Gərgirginlik səbəbindən hər iki tərəf çox sayda itki verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki