Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi general-mayor Valeh Abdullayev vəzifəsindən azad edilib.
Vətəninfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Valeh Abdullayev təqaüdə göndərilib.
Nazirin digər əmri ilə FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.