image-1backend

FHN Xaçmazda mülki müdafiə təlimi keçirib

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunda kompleks mülki müdafiə təlimi

keçirilib.

Vətəninfo.az-ın Şimal bürosu xəbər verir ki, “Azərbaycan Respublikasının 2024-cü il üçün Mülki müdafiə tədbirləri planı”

çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonunda “İrimiqyaslı fövqəladə

hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda

kompleks mülki müdafiə təlimi baş tutub.

Təlimdə FHN Şimal Regional Mərkəzinin rəisi, polkovnik Fuad İlyasov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev,

FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə

qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və

mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə

orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik

və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr

zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki

müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və

ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə

fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər

təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş

məqsədlərə nail olunub.

Kompleks təlimə FHN-nin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 284

nəfərdən ibarət şəxsi heyəti və 51 ədəd texnikası cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki