image-1backend

FİFA Braziliyanı hədələdi

image-reklam_sirab_01

Beynəlxalq Futbol Federasiyası, FİFA, Braziliya Futbol Konfederasiyasının (CBF) prezident seçkilərinə müdaxilə olduğu qeydə alınarsa, Braziliyanı milli komanda və klublar səviyyəsində beynəlxalq turnirlərdən kənarlaşdırmaqla hədələyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Associated Press xəbər verir. Nəşrin yazdığına görə, Braziliya Futbol Konfederasiyasında prezident seçkilərinin Ednaldo Rodrigesə əvəzləyici tapmaq üçün sürətləndirilmiş prosedurla təşkil edilməsi FİFA üçün xüsusilə məqbul sayıla bilməz. Qeyd edək ki, Rodriqes dekabrın 7-də prezident vəzifəsindən azad edilib. Rio-de-Janeyro məhkəməsi onun ötən il keçirilən seçkisinə müdaxilənin olduğunu müəyyən edib.

Ötən həftə Braziliyanın iki ali məhkəməsi bu qərarı bir daha təsdiqlədi. Qeyd edək ki, məhkəmə Rodriqesin yerinə müvəqqəti olaraq Braziliya Ali İdman Məhkəməsinin sədri olan Xose Perdisanı təyin edib. Sonuncu həm də otuz gün ərzində yeni prezidentin seçilməsini təşkil edəcək ki, bu da FİFA ilə əsas mübahisəli müddəadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki