image-0000backend

Filip Riker: “Artıq  Minsk Qrupu yoxdur” 

image-reklam_sirab_01

“ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir və Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur”. Vətəninfo.az xəbər verir ki, bu fikirlər ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerə məxsusdur.

“Proseslər elə sürətlə inkişaf edir ki, artıq Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur”, – o qeyd edib.

Riker bildirib ki, bununla belə, mandatın özü kifayət qədər faydalıdır. “Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq işləmir. Biz isə münaqişə tərəfləri ilə onların sülh prosesində birbaşa iştirak edirik”.

Amerikalı diplomat vurğulayıb ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Vaşinqton və Paris “üçlük” çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırıb. “Minsk qrupu, məlum olduğu kimi, fəaliyyət göstərmir. Mandat isə qalır. Amma reallıq budur, artıq  Minsk Qrupu yoxdur. Əgər bu qrup olsa belə işləyə bilməyəcək.  Çünki Azərbaycan bəyan edib ki, bundan sonra Minsk Qrupu ilə əməkdaşlıq etməyəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki