image-defaultbackend

Finlandiya ” Leopard 2″ tanklarını Ukraynaya göndərir

image-reklam_sirab_01

Finlandiya Leopard 2 döyüş tanklarını  Ukraynaya göndərir.Vətəninfo.az xəbər verir ki, bu barədə   ölkə prezidenti Sauli Niinisto bildirib.

Ölkə prezidenti bildirib ki, Ukrayna üçün birgə Avropa müdafiə yardımı paketi yaradılarsa, Finlandiya da töhfə verməyə hazırdır.

“Ukraynaya göndəriləcək tankların sayı çox ola bilməz, çünki Finlandiya Rusiya ilə həmsərhəddir və NATO-nun bir hissəsi deyil. Finlandiyada təxminən 200 Leopard 2 əsas döyüş tankı var ki, bu da Avropadakı bütün belə tankların təxminən onda biridir.

Almaniya istehsalı olan Leopard 2 tanklarının təkrar ixracına müəyyən məhdudiyyətlər qoyulub. Berlin indiyədək Kiyevə ağır alman zirehləri göndərməkdən çəkinir, hətta Avropa İttifaqına üzv başqa bir ölkədən gəlsə də, lakin bu məsələdə mövqeyi yumşala bilər.” -deyə Sauli Niinisto bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki