image-22backend

Finlandiya Milli Koalisiya Partiyasının lideri seçkilərdə qalib gəlib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Finlandiya Milli Koalisiya Partiyasının lideri Petteri Orpo parlament seçkilərində qalib gəldiyini açıqlayıb.

Petteri Orpo bu barədə səsvermə başa çatdıqdan sonra partiyanın iclasında bildirib.

Yayılan məlumata əsasən, səslərin 95 faizdən çoxu hesablanıb. Milli Koalisiya Partiyası 20,6 faiz səs toplayaraq parlamentdəki 200 yerdən 48-ni əldə edir. İkinci yerdə 20,2 faiz səslə “Əsl finlər” partiyası, üçüncü yerdə isə hazırkı Baş nazir Sanna Marinin Sosial Demokrat Partiyası 19,9 faiz səslə qərarlaşıb.

Xatırladaq ki, seçkilərdə qeydə alınmış 22 partiyadan 2424 namizəd iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki