Finlandiya hökuməti yükdaşımaları istisna olmaqla, noyabrın 30-dan dekabrın 13-dək Rusiya ilə bütün quru sərhəd məntəqələrini tamamilə bağlamaq qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə “İnterfaks” Bloomberg-ə istinadən məlumat yayıb.
“Məqsəd Rusiya ilə sərhəddəki vəziyyəti tez bir zamanda nizamlamaqdır”, – deyə ölkənin baş naziri Peteri Orpo bildirib.
Onun sözlərinə görə, Helsinki hesab edir ki, keçid məntəqəsinin qısamüddətli və tam bağlanması Rusiyadan Finlandiyaya miqrasiya axını probleminin həllində effektli olacaq.
Baş nazir onu da bildirib ki, Rusiya tərəfi ilə sərhəddəki vəziyyəti müzakirə etmək niyyətində deyil, lakin Helsinkidə onlar diplomatik səviyyədə danışıqlara hazırdırlar.


























