Fransanın sağçı “Vətənpərvərlər” partiyasının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo prezident Emmanuel Makronu ölkənin təhlükəsizliyinə əsas təhdiddə ittiham edib.
Onun sözlərinə görə, Makron fransızlar üçün Rusiya prezidenti Vladimir Putin və ya Çin prezidenti Si Cinpinqdən qat-qat böyük təhlükədir.
Filippo ABŞ-ın keçmiş prezidenti Donald Trampın ABŞ sakinləri üçün əsas təhlükənin xarici ölkələrdən deyil, xəstə və radikal siyasətçilərdən gəldiyi barədə bəyanatını qeyd edib.
Fransalı siyasətçi “Fransada da belədir” dedi.