image-85backend

“Formula 1″də ilk dəfə çinli pilot iştirak edəcək

image-reklam_sirab_01

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Alfa Romeo” komandasının pilotu Antonio Covinatsi mövsümün sonunda karyerasını başa vuracaq.

Veteninfo.az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı sürücünü indiyədək “Formula 2″də yarışmış çinli Çjou Quanyuy əvəzləyəcək.

22 yaşlı pilot “Formula 1″də çıxış edən ilk çinli idmançı kimi tarixə düşəcək.

Covinatsi 2019-cu ildən “Alfa Romeo”nun uğurları üçün çalışıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10-12 iyunda təşkil olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki