image-reklam-veteninfo
image-001ca304-dd58-4cf3-9907-761474f71adabackend

Fortune: “ Xameneyi də İranın iqtisadi böhranından narahatdır”

image-reklam-veteninfo

ABŞ-nin “Fortune” jurnalı İranda dərinləşən iqtisadi böhranın artıq hakimiyyət üçün də ciddi narahatlıq yaratdığını yazıb.

Vətəninfo.az xəbər verir ki, jurnalın məlumatına görə, İranın ali rəhbəri Müctəba Xameneyi avqustun sonunda yaydığı yazılı bəyanatda rəsmilərə “sosial birliyə zərər vuran” addımlardan çəkinməyi və milli-ictimai ruh yüksəkliyini zəiflədə biləcək bəyanatlar verməməyi tapşırıb. Xameneyi hökuməti ölkədəki iqtisadi və məişət problemlərinin həlli istiqamətində ciddi addımlar atmağa çağırıb. O, xüsusilə inflyasiya, işsizlik, qiymətlərin idarə olunmasını diqqətdə saxlanılmasını istəyib. “Fortune” qeyd edir ki, bu açıqlama İranın milli valyutasının ucuzlaşması, yüksək inflyasiya və iqtisadi təzyiqlərin artdığı bir dövrə təsadüf edir. Jurnalın məlumatına görə, artan iqtisadi çətinliklərin ölkədə yeni sosial narazılıq və etirazlar yarada biləcəyindən də ehtiyat edilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki