image-kemaleddin1640774022backend

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Fotoda: Asif Məmmədli

Manşet.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki