image-rtx6g3f2-pic905-895x505-46655backend

“Fox News” Sorosu İFŞA ETDİ: ABŞ mediasına bu qədər rüşvət verib

image-reklam_sirab_01

Amerikanın “Fox News” televiziya kanalı iddia edir ki, milyarder Corc Soros uzun illərdir ki, dünyada baş verən hadisələri onun üçün faydalı şəkildə işıqlandırmaq məqsədilə mediaya rüşvət verir.

Vətəninfo.az xəbər verir ki, telekanalın məlumatına görə, bu illər ərzində Sorosun, jurnalistlər, müxbirlər, teleaparıcılar, CNN, NBC, CBS, “Bloomberg”, NPR və “Washington Post”-un baş redaktorları da daxil olmaqla 54 nüfuzlu media xadimini maliyyələşdirdiyi iddia edilir.

“Siyahıya “Bloomberg News”-un həmtəsisçisi Metyu Vinkler və CNN-in Xarici Xəbərlər Bölməsinin rəhbəri Kristian Amanpurun, “NBC Nightly News” aparıcısı Lester Holt və “The Washington Post”-un icraçı redaktoru Sally Buzbee kimi şəxslər daxildir”, – məlumatda deyilir.

“Fox News” idda edib ki, iş adamı 2016-2020-ci illər ərzində 253 KİV-in dünyada baş verən hadisələri onun tələb etdiyi kimi işıqlandırmasını təmin etmək üçün təxminən 131 milyon dollar xərcləyib.

Qeyd olunur ki, Soros pul yatırdığı qruplar vasitəsilə mediaya sponsorluq edib.

Bir çox media xadimləri Sorosun dəstəklədiyi qruplardan 2,7 milyon alan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə ona bağlıdır.

Araşdırmaya görə, Sorosun qrupları 2016-2020-ci illər arasında media nümayəndələrinə nüfuzlu mükafatlar verən Aspen İnstitutuna 1,1 milyon dollardan çox vəsait verib.

“The Marshall Project” və “ProPublica”-da rolu olan jurnalistlər və xəbər sənayesi rəhbərləri də Sorosun cibinə “bağlıdır”. Çünki hər iki qrup 2016-cı ildən 2020-ci ilə qədər ifrat solçu milyarderdən 1,2 milyon dollardan çox pul alıb.

Araşdırmaya görə, Milli İctimai Radio və “PolitiFact” də ən azı qismən Sorosun dəstəklədiyi qruplar tərəfindən maliyyələşdirilir.publika

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki