image-63d21c6d0703fbackend

Fransa bu ölkədəki qoşunlarını çıxarır

image-reklam_sirab_01

Fransa Burkina-Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq qəranına gəlib. Vətəninfo.az xəbər verir ki bu barədə “Frans Press” (AFP) agentliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq.

Onun şərtlərinə görə, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minir. Biz müqavilənin şərtlərinə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, – XİN rəsmisi bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki