image-bez-nazvaniya-4backend

“Fransa bu suallara cavab verməlidir” – Millət vəkilindən sərt açıqlama

image-reklam_sirab_01

“Fransa və Ermənistan Hökumətləri qeyri-şəffaf siyasi gündəmi təbliğ etmək üçün Avropa İttifaqının təsisatlarından istifadə edirlər.” -Vətəninfo.az xəbər verir ki, bunu millət vəkili Nigar Arpadarai bildirib.

Millət vəkili bildirib ki, oktyabrın 20-dən etibarən Ermənistan ərazisində Azərbaycanla həmsərhəd rayonlarda Aİ-nin Monitorinq Qrupu fəaliyyət göstərir.

“40 nəfərlik bu qrupun göndərilməsi Prezident Makronun fəal lobbiçiliyinin nəticəsidir. Yaxın günlərdə sözügedən qrupun elan etdiyi 2 aylıq fəaliyyət müddəti başa çatır. Onlara və qrupu göndərən Aİ-na çoxlu sayda suallarımız var.”- deyə millət vəkili əlavə edib.

Millət vəkili bildirib ki, Fransa bu suallara cavab verməlidir.

“Qrupun missiyası və iş mexanizmi hələ də açıqlanmayıb. Onların Ermənistanda nə işlə məşğul olurlar, fəaliyyətləri nədən ibarətdir? Əgər bu, Ermənistanın razılığı ilə üçüncü tərəflərin maraqlarına uyğun kəşfiyyat fəaliyyətidirsə, o zaman nəyə görə ona monitorinq qrupu adını verərək, ona ictimai status verirsiniz? Qrupun işinin məxfiliyini nəzərə alsaq, bu, birmənalı nəticədir.

– onların sayı niyə 40 nəfərdir? 5 yox, və ya məsələn, nədən 500 nəfər deyil? Format, rəqəmlər və sair göstəricilərin məntiqi açıqlanmır? Hündürlüyü 2 min metr və ondan yuxarı olan yüzlərlə kilometr dağlıq ərazidən bəhs etdiyimizi nəzərə alsaq, bu qrup nə müşahidə apara bilər.

– Bu insanlar kimlərdir, hansı ölkələri təmsil edirlər, hansı statusdadırlar? Onlar Aİ əməkdaşları və ya muzdlu məsləhətçilərdir? Onlar Aİ üzv dövlətlərini təmsil edirlərmi? Hansı nisbətlərdə? İşə qəbul və seçim prinsipi nə idi? Onların belə bir işi görməyə səriştəsi varmı?

Bu ideyanın irəli sürüldüyü Praqa görüşündə Azərbaycan Ermənistanla Aİ arasında bu razılaşmaya qarşı etirazını bildirməyib. Belə ki, əgər Ermənistan qərar veribsə ki, bu missiya ona lazımdır, deməli, bu, onun hüququ və işidir. Necə ki, Azərbaycanın bu missiya ilə işləmək, və ya işləməmək hüququ var. Üstəlik, nə Ermənistan, nə də Azərbaycan Aİ-nin üzvü deyil və müvafiq olaraq, bu təşkilat qarşısında bu tipli öhdəlikləri yoxdur.

Eyni zamanda, bu qrupun işinin qeyri-şəffaflığı, 2 aylıq fəaliyyətdən sonra da heç bir aydın missiyanın, tapşırıqların və məlumatların olmaması bu şübhəli layihənin mənasını və legitimliyini daha da şübhə altına alır və onun əsas məqsədini ortaya qoyur. Məqsəd Fransa hökumətinin Aİ təsisatlarından və resurslarından Azərbaycan əleyhinə və ermənipərəst təşəbbüsləri təşviq etmək üçün istifadə etməkdir. Bu məsələ ilk növbədə təşkilata üzv olan digər ölkələr arasında narahatlıq yaratmalıdır, belə ki hal-hazırda onların manafeindən açıq-aşkar sui istifadə olunur.” – deyə Nigar Arpadarai bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki