image-63bfa0af05463backend

Fransa Futbol Federasiyasının rəhbəri vəzifəsindən qovuldu

image-reklam_sirab_01

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefaya göndərilib. Vətəninfo.az  xəbər verir ki, bu barədə FFF-in rəsmi saytı məlumat yayıb.

Bir ara adı təcavüz qalmaqalında hallanan Noel Le Qrey bir neçə gün əvvəl də milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı xoşagəlməz fikirlər səsləndirmişdi. Onun məhz bu açıqlaması futbol ictimaiyyəti tərəfindən kəskin tənqidlərə məruz qalmışdı. FFF-in İcraiyyə Komitəsi onun vəzifəsindən kənarlaşdırılmasına qərar verib. Onu müvəqqəti olaraq vitse-prezident Filipp Diallonun əvəzləyəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Noel Le Qrey son açıqlamasında Zinəddin Zidanla bağlı: “Mən Zidanla heç vaxt tanış olmamışam. Didye Deşamla (Fransa millisinin indiki baş məşqçisi) ayrılmağı düşünməmişdik. Bəzi jurnalistlər nə yazacaqlarını bilmədiklərinə görə nə isə icad etməyə çalışırlar. Zidanın Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı xəbərlər haqda nə düşünürəm? Mənim heç vecimə də deyil. O, hara istəsə, gedə bilər. Mənimlə əlaqə saxlamaq istəsəydi, o zaman şansı olmazdı. Çünki zənglərinə belə cavab verməzdim”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki