image-324735206_603946028208579_7115821749077163432_nbackend

Fransa nəşrindən SENSASİON İDDİA: İranda aksiyanı Xameneyi təşkil edib

image-reklam_sirab_01
Fransanın Le Monde nəşri sensasion iddia ilə çıxış edib. Vətəninfo.az xəbər verir ki, nəşr iddia edib ki, İrandakı aksiyaları Xameneyi təşkil etdirib.
Nəşrə açıqlamasında bu iddianı Yaxın Şərq tarixi üzrə məşhur fransalı ekspert Jan-Pier Filio bildirib.
“İranın rəhbəri Əli Xameneyi xroniki depressiyalardan əziyyət çəkir və o, bütün ağlı və hissləri ilə oğlunun varisliyi üçün narahatdır. Dini mövqeyinin zəifliyinə baxmayaraq, Xameneyi 33 il sərt şəkildə və qətiyyətlə İran İslam Respublikasına rəhbərlik edərək Yaxın Şərqdə rekord qırıb. Cəllad kimi tanınan İbrahim Rəisinin prezidentliyi dövründə Xameneyinin repressiv meylləri daha da gücləndi və xalq etirazlarını yatırmaqda israr etdi. Özü də minlərlə insanın edam edilməsinə cavabdeh olan Rəisi bu işdə Xamneyinin xidmətində oldu.
83 yaşı olan və səhhəti getdikcə pisləşən Xameneyi ağır xroniki depressiyalardan əziyyət çəkir. Onun bütün beynini zəbt edən ölüm və məhv olmaq düşüncəsi, varislik qayğısı ilə birlikdə bu depressiyanı gücləndirdi.” -deyə Jan-Pier Filio bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki