image-img_20230111_155434backend

Fransa SEPAH-ı terror təşkilatları siyahısına sala bilər

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranda ümumi nümayişlərin davam etməsi və Tehran rejiminin etirazçılara qarşı repressiyalarını artırdığı bir vaxtda İran İnqilabının Keşikçiləri Korpusunun bu repressiyalardakı roluna görə, Avropa ölkələri tərəfindən terror təşkilatları siyahısına salınması gündəmdən düşmür.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendre bildirib ki, İranda etirazların yatırılması davam etdiyinə görə, Paris SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi məsələsini gündəmdə saxlayacaq.

“İranda repressiyaların davam etməsini nəzərə alaraq, Fransa Avropadakı tərəfdaşları ilə birlikdə yeni sanksiyaların tətbiqi üzərində işləyir və heç bir variantı istisna etmir”, – deyə, Fransa XİN-in sözçüsü vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki