Fransada 17 il axtarılan mafiya lideri həbs edilib. Vətəninfo.az xəbər verir ki, 63 yaşlı Edqardo Qreko Sent-Etyen şəhərində saxlanılıb. 1991-ci ildə Kozenzada Stefano və Cüzeppe Bartolomeo qardaşlarının qətlində ittiham olunan mafiya lideri 2006-cı ildən axtarışa verilib. “Ndrangheta” mafiya qrupunun rəhbəri olan Edqardo Qreko həmin cinayətə görə ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.
“Greco 3 ildir ki, Sent Etyendəki bir restoranda pizza hazırlayırdı. O, 2014-cü ildən Sent-Etyendə məskunlaşıb. Məhz buradan bir çox cinayətlərin həyata keçməsinə rəhbərlik edib.”, – nəşr yazır.