image-reklam-veteninfo
image-1backend

Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib

image-reklam-veteninfo

Fransada kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 2 mini keçib.

“Reuters“ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunez məlumat verib.

Bildirilib ki, oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən qarşıdurmalarda 600-dən çox polis əməkdaşı xəsarət alıb.

Parisdə etiraz iştirakçılarından biri ürəktutması nəticəsində həyatını itirib.

Ölkə üzrə keçirilən nümayişlərə 500 mindən çox insan qatılıb. Etirazçılar yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin vəziyyətinə etiraz ediblər.

Aksiyalar zamanı Paris, Marsel, Bordo və digər şəhərlərdə mağazalar qarət olunub, avtomobillərə və inzibati binalara ziyan vurulub.

Limoj şəhərində 143 illik meriya binası yandırılıb və ciddi dağıntıya məruz qalıb.

Fransa hökuməti zorakılıqlara görə radikal solçu qrupları və qarətlərdə iştirak edən şəxsləri günahlandırıb.

Prezident Emmanuel Makronun oktyabrın 18-də yerli xalqa müraciət edib.

Səkkiz dəqiqəlik çıxışında Makron nümayişçilərin istifadə etdiyi zorakılığı pislədi. O, əmlakı dağıdan və talan edənlərin məsuliyyətə cəlb ediləcəyini və dəymiş ziyanın ödəniləcəyini bildirdi. Makron iğtişaşların təşkilatçıları kimi “çoxsaylı cinayətkar elementlərin qoşulduğu radikal sol qruplardan olan iğtişaşçıları” müəyyən etdi. Prezident vandalizm nəticəsində zərər çəkmiş mağaza və kafelərin sahiblərinə kompensasiya veriləcəyinə söz verdi.

Eyni zamanda, Makron bildirib ki, xuliqanlarla qanuni tələblərini ifadə etmək üçün çıxanları fərqləndirmək lazımdır. O, etirazçıların narazılığının haqlı olduğunu və Fransanın, xüsusən də sosial sahədə çətin vəziyyətdə olduğunu etiraf etdi. “Gənclər deyirlər: bu, istədiyimiz gələcək deyil”, Makron dedi. “Biz qəzəbliləri dinləməliyik”.
Rəy göndər

Baş nazir Sebastyen Lekornü isə iğtişaşlar nəticəsində dəymiş maddi ziyanın böyük olduğunu bildirib.

Hazırda zərər çəkmiş şəhərlərdə təmizlik və bərpa işləri aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki