Elizabet Born Fransanın baş naziri vəzifəsindən istefa verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun hökumətini yenidən təşkil etmək niyyətində olduğu bildirilirdi.
Fransa lideri Bourne “sədaqətinə və qətiyyətinə” görə təşəkkür edib.
Makron X sosial şəbəkəsində yazıb: “Sizin millətə xidmət etmək üçün gördüyünüz işlər hər gün nümunəvi olub”.