image-image_750x_642c6e15859c4backend

Fransızlar Makronu Hitlerlə eyniləşdirdilər

image-reklam_sirab_01

Fransanın Avinyon şəhərində Lecto təxəllüsü olan rəssam Fransa prezidenti Emmanuel Makronu Hitler bığlı təsvir edən qraffiti çəkib. Vətəninfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı xəbər yayıb.

Fransa lideri yol boyu su təchizatı qurğusunun divarında təsvir olunub. Saçları ağarıb, 49.3 rəqəmi formasında bığları var, iri hərflərlə “NON MERCI” (yox, təşəkkürlər) sözləri yazılıb.

Rəqəmlər Fransa konstitusiyasının 49.3-cü maddəsinə istinad edir ki, baş nazir Elizabeth Bourne pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini parlamentdə səsverməyə çıxarırdı.

Street art rəssamı Lecto Fransada İnstaqram səhifəsində yerləşdirdiyi siyasi karikaturaları ilə tanınır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki