image-reklam-veteninfo
image-5albrleewxlbpewbbackend

FTB direktoru Rusiyaya gedir: Keş Patelin səfəri Vaşinqtonda narahatlıq yaradıb

image-reklam-veteninfo

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Səfər ABŞ Konqresində narahatlıq doğurub.

Vətəninfo.az xəbər verir ki, bu barədə MS NOW telekanalı mənbələrinə istinadən məlumat yayıb.

“Politico” nəşrinin məlumatına görə, Patelin Rusiyaya səfəri oktyabrın 14-15-nə planlaşdırılıb. Onun Moskva və Sankt-Peterburq şəhərlərində olacağı, görüşlərə isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) ev sahibliyi edəcəyi ehtimal olunur.

FTB direktorunun Rusiya tərəfdən kimlərlə görüşəcəyi və danışıqlar zamanı hansı məsələlərin müzakirə ediləcəyi hələlik açıqlanmayıb.

Oktyabrın 14-də Kremlin sözçüsü Dmitri Peskov səfərlə bağlı məlumatı şərh etməkdən imtina edib. O bildirib ki, bu cür səfərlər, bir qayda olaraq, əvvəlcədən ictimaiyyətə açıqlanmır.

Səfər ABŞ qanunvericiləri arasında da narahatlıq yaradıb. Oktyabrın 9-da Demokratlar Partiyasından olan nümayəndələr Ceymi Raskin və Cim Hayams Pateli səfəri ləğv etməyə çağırıblar. Onlar Rusiya kəşfiyyatının fəaliyyəti ilə bağlı risklərə və həssas kəşfiyyat məlumatlarının paylaşılması ehtimalından irəli gələn təhlükələrə diqqət çəkiblər.

Qeyd edək ki, Keş Patel daha əvvəl transmilli cinayətkarlığa qarşı mübarizə çərçivəsində FTB-nin Rusiya və Çindəki hüquq-mühafizə orqanları ilə əməkdaşlığının genişləndirildiyini açıqlamışdı. Bu əməkdaşlığın kiberfırıldaqçılıq və uşaqların istismarı kimi cinayətlərlə mübarizəni əhatə etdiyi bildirilirdi.

“Reuters” agentliyi isə avqust ayında tərəflər arasında əməkdaşlığın konkret cinayət işləri üzrə birgə fəaliyyəti və məlumat mübadiləsini nəzərdə tutacağını yazmışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki