image-5c1f7c3ce861202b05a141d8bdc64ddfbackend

“ Fulya Öztürkün anasının südü qədər halaldır” -Elşən Musayev

image-reklam_sirab_01

Deputat Elşən Musayev Milli Məclisin iclasında çıxış edərkən əvvəlcə 48 siyasi partiyanın Şuşa Bəyannaməsini dəstəkləməsindən bəhs etdi və bildirdi ki, yalnız AXCP və Müsavat dəstək bəyanatına imza atmayıb. E.Musayev bu təşkilatları “qaragüruh” adlandırandan sonra son günlərin digər aktual mövzusundan bəhs etdi.

O, CNN-ün əməkdaşı Fulya Öztürk barədə film çəkilməsinə qarşı çıxanlara deputatın cavabı konkret oldu: “Buna haqq edir, həm də təpədən-dırnağadək. Fulya Öztürkə göstərilən ehtiram, qayğı anasının südü qədər ona halaldır. Fulya xanım erməni terrorunu, Gəncə terrorunu ifşa edib. Gənc yaşında həyatını riskə qoyaraq, minalı sahələri keçərək bizimlə birgə olub. Fulya Öztürk qeyrətlidən də qeyrətlidir. Ona görə də Milli Məcliz üzvü olaraq mən əsl türk xanımına və peşəkar jurnalistə öz ehtiramımı bildirmək istəyirəm”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki