image-kemale-memmedovabackend

Füzuli şəhərinin işğaldan azad olunması

image-reklam_sirab_01

Artıq müqəddəs qələbəmizdən bir il ötür. Desəm ki, bu il çox tez, lap bir göz qırpımında keçdi, yəqin ki, inanarsınız. Buna da inanarsınız ki, məğlub durumda olduğumuz illərin hər bir günü bizə elə bir il qədərində keçirdi. Hansı müdrük deyibsə gözəl deyib.

Gün var ki, il qədərdir

İl var ki, günə dəyməz

Doğurdan da, hansı vicdani, psixi sarsıntılarla keçirmədik o illəri. El dili ilə desək, yellər aparsın gətirməsin! Ulu Yaradan xalqıma bir də o illəri qismət eləməsin. Hərdən mənə elə gəlir ki, necə olub, biz bir otuz il dözmüşük? Ani düşünəndən sonra bu suala cavab tapıram: bu dözümü bizə “Mən nəyi nə zaman yerinə yetirmək lazım olduğunu çox gözəl bilirəm” – deyən adam aşılayıb. Bəli, məhz İlham Əliyev bilirdi ki, bu qədər gözləmək lazımdır. Və xalq da ona inanıb gözlədi.

Füzuli döyüşlərinə gəlincə isə onu deyək ki, Zəfərə aparan bu qırx dörd günün hər biri bir salnamədir. Amma hər halda adı çəkilən döyüşün özünün xüsusi əhəmiyyəti var idi. Hər şeydən öncə Füzuli Aran Qarabağdan Dağlıq Qarabağa keçid qapısı idi. Düşmənsə bu qapını arxadan kilidləyib eyforiyaya qapınmışdı. Özləri üçün məğlub edilməzlik nağılı yaratmış ermənilər Azərbaycan əsgərinin bir zərbə ilə bu qapını sındırdığını görəndə şoka düşdülər. Hər şeylərini atıb dabanlarına tüpürdülər. Bayaqdan tək-tək qaçırdılarsa, məhz Füzulidən sonra kütləvi şəkildə aradan çıxıb, geriyə belə baxmadılar. Çünki gördülər ki, yer yiyəsi güclü olur. Məhz Füzulidən sonra onların başbilənləri “onun-bunun dabanını daha çox yaladılar” dil çıxarıb Prezidentimizdən aman dilədilər. Füzulini azad etməklə Azərbaycan əsgəri işğal altındakı ən böyük şəhərimizi özümüzə qaytardı. Və dünyaya da ermənilərin məhz burada nə boyda vandalizm törətdiyini göstərdi. Dünya gördü ki, bir vaxtlar gözoxşayan arxitekturası olan şəhərdə indi bayraq sancmağa belə bircə dənə salamat bina yoxdur. Füzuli uğuru bizim şanlı qələbəmizdən biridir. Belə uğurların sayı isə hələ çox olacaq.

Bu gün Füzuli sürətlə bərpa edilməkdədir. Tezliklə, 30 il yalnız ruhların dolaşdığı şəhərin yerində gözəl, abad, firavan bir şəhər öz sakinlərini qəbul edəcək. Yeni qurulmuş Füzulinin timsalında biz bütün dünyaya bir daha sübut edəcəyik ki, Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi altında lazım gələndə döyüşməyi, lazım gələndə qurub yaratmağı hamıdan yaxşı bacarır.

 Suraxanı rayonu, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki