image-image_750x_63e47fa42076bbackend

G7 buna görə Çin və İranı cəzalandırıcaq

image-reklam_sirab_01

G7 ölkələri Rusiyaya ehtiyat hissələri və hərbi texnologiyaların tədarükündə kömək etdiklərinə inandıqları Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edir. Vətəninfo.az xəbər verir ki,bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

G7 ölkələri Rusiyanın Ukraynaya təcavüzünün ildönümü olan fevralın 24-nə qədər tədbirlər paketini razılaşdırmağı hədəfləyir.

Bloomberg-in məlumatına görə, məhdudlaşdırıcı tədbirlərlə bağlı müzakirələr hələ ilkin mərhələdədir və hər bir ölkənin hərəkətləri digəri ilə üst-üstə düşməyə bilər.
Mənbə əlavə edib ki, sanksiyalara məruz qala biləcək şirkətlərin siyahısı da qərarlaşdırılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki