image-9backend

Geir Pedersen: “Suriyada həll yolu yaxın deyil”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriyadakı münaqişənin hərtərəfli siyasi həllə ehtiyacı olduğunu, lakin bu həllin yaxın olmadığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Pedersen adından BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin tviter hesabından yazılı açıqlama verilib.

Suriya xalqının 2023-cü ildə ciddi bir xaos və böhran içində qaldığını vurğulayan Pedersen deyib:

“Bu münaqişənin hərtərəfli siyasi həlli lazımdır, başqa heç nə işləməyəcək. Təəssüf ki, həll yolu yaxın deyil. Ölkə miqyasında atəşkəs münaqişənin həlli üçün vacibdir.

Suriya Konstitusiya Komitəsinin İsveçrənin Cenevrə şəhərində davam etməsini və daha konkret irəliləyiş görməsini istədiyini ifadə edən G.Pedersen bu mövzuda hesabat verəcək yeni vəziyyətin olmadığını vurğulayıb.

Xüsusi nümayəndə həmçinin BMT-nin köməkliyi ilə Suriyanın başçılıq etdiyi prosesin arxasında birləşmək üçün birgə səylərin zəruriliyini də vurğulayıb.

Qeyd edək ki, G.Pedersen və BMT-nin “Kiçik qrup” adlandırdığı Fransa, Almaniya, İngiltərə və ABŞ rəsmiləri Suriya böhranını müzakirə etmək üçün yanvarın 24-də, Suriya Müzakirə Komissiyasının sədri Bədr Kamyu və Suriya Konstitusiya Komitəsində müxalifətin həmsədrləri Hadi əl-Bəhra ilə isə 23 yanvarda Cenevrədə görüşüb.

Görüşlər mətbuata qapalı keçirilib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki