image-1backend

Gələn həftədən bu avtomobillərin Azərbaycana gətirilməsi QADAĞAN EDİLİR

image-reklam_sirab_01

“Azərbaycanda Çin avtomobillərinə maraq yüksək səviyyədədir”.

Vətəninfo.az  xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında avtomobil bazarındakı vəziyyəti şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, xüsusən də hibrid, plagin hibrid və ya tam elektrikli avtomobillərə maraq və tələbat daha çoxdur. Bu tələbatın başlıca səbəbi isə qiymətlərin münasib olmasıdır:

“Hazırda bazarda daha çox Çin avtomobillərinə üstünlük verilir. Bu avtomobillərin əksəriyyəti Aİ-92 markalı benzinlə işləyir. Həmçinin bu avtomobillərin qiymətləri də əlçatandır. Halbuki ənənəvi avtomobillərin hibrid və tam elektrikli versiyaları çox bahadır. Çin versiyasında isə insanlar ciblərinə uyğun modelləri asanlıqla tapa bilirlər”.

Ekspert həmçinin ölkəmizə idxal olunan nəqliyyat vasitələrinin istehsal ilindən də danışıb. O, Azərbaycana idxalına qadağa qoyulan avtomobillərə də toxunub.

Xatırladıb ki, Nazirlər Kabineti tərəfindən avtomobil idxalı barədə verilmiş məlum qərar hər il yenilənir.

“Bu qərarla istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi qadağandır. Yəni car il istehsal ili 2013-cü il olan avtomobillərin ölkəmizə gətirilməsinə icazə verilirdisə, artıq yanvar ayından idxalına icazə verilən nəqliyyat vasitələrinin istehsal ili ən azı 2014 olmalıdır. 2014-dən əvvəl istehsal olunan avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq. Çünki avtomobil parkını yeniləməyə çalışan bir çox ölkə hətta 5 ildən yuxarı olan maşınların ölkəyə gətirilməsini məhdudlaşdırır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki