image-downloadbackend

General detalları AÇIQLADI: Müharibə bu halda dayana bilər 

image-reklam_sirab_01

“Kreml nə edəcəyini hələ də bilmir. Onlar tələyə düşdüklərini indi anlayıblar” –Vətəninfo.az xəbər verir ki, bunu ordu generalı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Mykola Malomuzh Obozrevatel -ə müsahibəsində bildirib .
General  hesab edir ki, ruslar yalnız güclü  təzyiq altında Ukrayna ərazisini tərk edə bilər.

“Əgər ərazimizdə əhəmiyyətli əks-hücum əməliyyatları aparılmasa, Rusiya hakimiyyət orqanları qoşunlarını Ukraynadan çıxarmayacaq. Çox vacibdir ki, indi Ukrayna dövlətinin tərəfdaşları uğurlu əks-hücum hərəkətləri ilə yanaşı, Rusiyaya sankisyaları sərtləşdirsinlər” -deyə Mykola Malomuzh bildirib.

“Kreml Qərbin şərtləri ilə Donetskdən, Luqanskdan, gələcəkdə isə Krımdan çəkilməli olacaq. Amma bu, Silahlı Qüvvələrimizin hərbi təzyiqi və siyasi təzyiqlər altında olmalıdır. Əgər Rusiya qoşunlarını geri çəksə savaş bitəcək. Bu baş verməsə savaş davam edəcək” -deyə general  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki