image-0backend

General Kiyumərs Heydəri: Etirazçıları edam edəcəyik

image-reklam_sirab_01
İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı etirazçıları edam etməyi təklif edib. Vətəninfo.az xəbər verir ki, İran Ordusunun Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəri İrandakı son etirazlarla bağlı sərt açıqlamasında etirazçıları milçək adlandıraraq deyib: “Əgər bu milçəklərlə inqilabi cəmiyyətin gözlədiyi kimi bu gün mübarizə aparılmırsa, bu, inqilabın ali liderinin istəyidir. Biz onların hamısını bir-bir edam edəcəyik”.
General  hədələyib ki, əgər bir gün İslam Respublikasının dini rəhbəri hücum əmri versə, onlara ölkədə yer olmayacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki