image-7777backend

General Patrik Rayder: ABŞ-ın İrana hava hücumları ilə heç bir əlaqəsi yoxdur

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ rəsmisi İrana hava hücumunun ABŞ-la heç bir əlaqəsi olmadığını açıqlayıb.

Pentaqonun sözçüsü ABŞ-ın İrana hava hücumlarında iştirak etmədiyini bildirib.

Briqada generalı Patrik Rayder ABŞ ordusunun İrana qarşı hücumlarda iştirak etmədiyini deyib, lakin əlavə şərh verməkdən imtina edib.

Adları açıqlanmayan bir neçə ABŞ rəsmisi də Reuters agentliyinə bildiriblər ki, ABŞ-ın İranın İsfahan şəhərində hərbi zavoda pilotsuz təyyarə ilə hücumu ilə heç bir əlaqəsi yoxdur.

Amma Al Arabiya televiziyasının Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, İsfahandakı hərbi fabrikə hücumda ABŞ Hərbi Hava Qüvvələri iştirak etmiş ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki