image-328290274_452920040272740_5470198558097891859_nbackend

Girov, zorlama və təhqir: Təbriz təcridxanası zindanında 21 məhbus qadının başına gətirilənlər

image-reklam_sirab_01

Təbrizdə yenicə azadlığa çıxmış bir neçə qadın məhbusun verdikləri məlumata görə, etiraz aksiyaları zamanı saxlanılan qadın və gənc qızların vəziyyəti acınacaqlıdır. Vətəninfo.az xəbər verir ki, həbs edilənlərdən bəziləri ailə üzvlərinin hökumət qüvvələri tərəfindən girov götürülməsi səbəbindən məhkəmə orqanlarına müraciət ediblər.

Əmir Mehdipur adlı vəkil məhbus qadınların döyülmə hallarının həbsin bütün mərhələlərində baş verdiyini vurğulayaraq, saxlanılan qadınların həm təhqirlərə, həm də fiziki və cinsi zorakılığa məruz qaldıqlarını, döyüldüyünü və şağılandıqlarını bildirir.

Təbriz ənənəvi cəmiyyət olduğuna görə, məhbus qadınlar zindanda məruz qaldıqları cinsi qısnama barədə ailələrinə xəbər verməməyə çalışırlar, ona görə də bu halları üstüörtülü formada qeyd edirlər.
21 yaşlı Nərgiz adlı gənc qız başına gələn hadisə haqda vəkilinə danışıb.
Vəkil deyir: “Onlara verdiyimiz suallara cavab verdikləri zaman məlum oldu ki, onlar cinsi istismara məruz qalıblar”.

Vəkilin sözlərinə görə, məhbus qadınlar ailələrinə bildirmədən hamiləlik əleyhinə dərman istəyiblər.
Təbriz həbsxanasında saxlanılan məhbus qadınlardan zorakılığa etiraz edənləri həbsxananın namaz otağında saxlayıb, işkəncə veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki