image-fb_img_1689853095462backend

Günəş və Aslan-Türk dövlətlərinin qurucuları I YAZI

image-reklam_sirab_01

Şah İsmayıla bağlı yazımda Günəş və Aslan Mühafizə təşkilatının adını çəkmişəm, nə qədər insan yazıb ki, bunu sübut elə faktlarla. Baş üstə. Bu da qısa təşkilat haqqında informasiya və mənbələr. Qeyd edim ki, aşağıda verdiyim mənbələr böyük araşdırmada istifadə edilən kiçik bir hissədir. Bu təşkilat barəsində isə daha geniş araşdırma etmək hissə-hissə mümkündür deyə bu yazın birinci hissədir. Buyurub mənbələri də araşdıra bilərsiz, gələ bilərsiz sizə sənədlər də təqdim edə bilərəm, qaynaqlar da, istinadlar da.

II-yazı Səfəvilərin bayrağında Günəş və Aslan
III -yazı Şah İsmayıl və Günəş və Aslan
IV – Nadir Şah və Günəş və Aslan
V-yazı müstəqilik əldə edildikdən sonra təşkilatın Bakı səfəri
VI….VII-VIII və digərləri sürpriz olsun …..
Təşkilat Böyük Hun Türk İmparatorluğunun qurucusu olan Oğuz xaqan tərəfindən e.ə. 209-cu ildə qurulub. Buna görə təşkilatın tarixi 2.200 il olaraq göstərilir. İlk qurulan təşkilat Türk törəsi olan Ədalət, nizam, əxlaq və millətə xidmət dördlüyü prinsipləri üzərində daşıyırdı. Təşkilatı quran zaman Oğuz Xaqan çıxış edərək bildirmişdir: “Mən türklərin Xaqanıyam və yer üzünün dörd qütbünün Xaqanı olacam. Dost olmaq istəyənlərə əlimizi, düşmən olmaq istəyənlərə qəzəbimizi göstərərəm. Baş əyməyəni düşmən sayaram. Onunla mübarizə aparır və yox edərəm”.
Türkiyə tarixçisi Bahaeddin Ögel Babur və Səfəvi bayraqlarındakı “Günəş və Aslan” haqqında yazır:
“Türklər islamı qəbul etdikcə və uyğurlar böyük imperiya qurduqca Arslan motivi özünü göstərməyə başladı və Misirdə Məmlük əfsanələrində olduğu kimi, türklərin ilk əcdadları da Aslanlarla birlikdə yaşayıb”.”.
Təşkilatın üzvləri yaşlı və müdrik insanlardan ibarət idi ki, onlar özlərini “Gün görənlər” adlandırdılar. Bəzi mənbələrdə “ağsaqqalar” adlanmasına baxmayaraq məhz türk gizli təşkilatının üzvlərinin özlərini “Gün görənlər” adlandırması Günəş toteminin türklərdə böyük əhəmiyyət daşımışdır. “Gün görən” olmaq istəyən müdrük və yaşlı olmazdan öncə daha vacib şərtlər var idi. Onun genetik kodu mütləq təmiz olmalı, nəsli kökündə oğru, qatil və xain olmamalı, ailəsindən daha çox təşkilatın maraqları öndə olmalı, övladları təmiz qanlı insanlarla nigahda olmalı, qədim törələrə bağlı olmalı və sairə əsas tələblərdən biri idi. “Gün görənin” nəsil emblemi olmalı, özlərinə aid sancaq (bayraq) olmalı, “Ox və Yayı” müqəddəs suda yuyulmalı və Günəşdə qurumalı idi. Onlar Günəşin və Ayın son dövr gününə qədər türk coğrafiyasında böyük dövlətlər yaradacaqlarını sistemli və kodlaşdırılmış proqramlara salıb və onu 3 kitab formasında saxlayıblar. Lakin bu üç kitabın ikisi yazılı olmayıb. Onlar gələcəyə seçilən insanların yaddaşlarına köçürülüb, bir isə yazılı halda nəsildən-nəsilə keçib.

“Gün görənlərə” xidmət edəcək şəxslər də təyin edilib. Bu şəxslərin şəxsi keyfiyyətləri belə idi:
1) Göy Tanrıya inanc
2) Millətə və Vətənə sevgi
3) Törələrə sədaqət
4) Məlumat və ketumiyet
5) Döyüşçü, cəngavər
“Gün görənlər” onlara xidmət edəcək şəxsləri aşağıdakı mərhələdə sınaqdan keçiridilər.
1. Namizəd olan şəxs ilkin mərhələdə müşahidə olunur. Onun nəsil şəcərəsi araşdırılır və bir müddət onun yaşam tərzi izlənilir.
2. Onu yetişdirmək üçün məsləhətçi təyin olunur və həmin məsləhətçi ona törələr, qədim inanclar, tanrı sevgisi və türk kimliyi öyərdilir.
3. Təlimdən sonra həmin şəxs bir müddət xalq içərisində təbilğat aparmaq üçün azad edilir və onun ətrafına toplanan insanların kəmiyyət və keyfiyyəti müəyyən edilir.
4. Artıq cəmiyyətdə müəyyən mövqe tutandan sonra məsləhətləri və fikirləri öyrənilir gələcəkdə tuta biləcəyi yer müəyyənləşdirilir.
5. Bundan sonra onun yaşadığı yerdə müəyyən mövqe təyin edilir.
6. Tutduğu mövqedə xalqa xidmət törələrə və “Gün görənlər” tapşırıqlara əməl etməsi əmr edilir.
7. Sonda “Gün görənlər” məclisində iştiraka izn verilir və Gün andı içdirilir. Gün andı isə belə idi: “And olsun günəşə və onun işığına gün görənlərə sadiq olacam, türk törəsinə xidmət edəcəm və millətimin ən uca olması üçün canımı fəda edəcəm”
“Günəş və Aslan” mühafizə təşkilatı İslam dini yayılana qədər türk coğrafiyasında Göytürk, Hun imperiyası, Oğuz dövləti və sairələr qurumuşdur. Ötkəndən üzü İstanbula qədər olan coğrafiyada türk tayfa və birliklərini bir araya toplayıb dövlətçilik ənənələrin yaşatmışlar. İslam yayılana qədər açıq fəaliyyət göstərən “Gün görənlər” birdən birə gizliliyə çəkilib və 751-ci ildən sonra onlar barədə əfsanələr yaradılıb. Bu günə qədər də təşkilatı sırf gizli formada türk coğrafiyasında xidmətini qoruyub saxlayıb. Məhz Kür Şad inqilabından sonra Ötkəndən üzü Anadoluya qədər olan bir coğrafiya “Günəş və Aslan”ın idarəçiliyi altında olub. “Günəş və Aslan” təşkilatına rəhbərlik edən İltəriş Xaqan yeni yaranan İslam dininin yayılma coğrafiyası və türklərin arasında Tanrıçılığa yaxın olduğunu bildiyi üçün öz adamlarını Ərəbistana göndərmişdi. Onlar baş verən prosesləri izləyir və mütəmadi olaraq ona məlumatlar göndərirdilər.
“Günəş və Aslan” Mühafizə Təşkilatı İslamdan sonra gizli fəaliyyətə keçməsindən sonra Türk coğrafiyasında onun fəaliyyəti davam edib. Türk dövlətlərinin yaranması və yaşaması üçün gizli təşkilatın Səlcuqlar, Atabəylər, Ağqoyunlar, Qaraqoyunlar, Osmanlılar, Səfəvilər, Qacarlar, Əfşarlar, Xanlıqlar, Türkiyə cümhuriyyəti və Azərbaycan Demokratik Respublikası kimi uğurları olub.
Pakistanda, Əfqanıstanda, Livanda, Azərbaycanda, Bosniyada, Türkiyədə, Mərkəzi Asiyada, Uyğurstanda, İranda, İraqda, Suriyada, Hindistanda və Çində “Günəş və Aslanın” nümayəndəlikləri var. İstanbulun Fateh Məhmət Sultan tərəfindən geri alınması məhz “Günəş və Aslanın” tələbi idi. Ağ Şəmsəddin də məhz buna görə Fatehə Lələ olaraq göndərilib və onun qarşısında vacib məsələ kimi, Məhmət Sultanı bu addım atması tapşırığı qoyulmuşdur. Bütün dövrlərdə “ Günəş və Aslan” lələlər yetişdirib.
Qarabağ xanlığı dövrünə aid edilən Bayrağın içərisində Günəş və Aslan təsvir olunub. Bilindiyi kimi bu ikili simvol – Qızılbaş dövləti və Səfəvi sülaləsinin rəsmi rəmzlərindən biri olub. Burada günəş taxt, şir isə taxtın keşikçisi anlamına gəlirlər.
Türkmənçay müqaviləsindən sonra tarixdə az zaman keçəndən sonra 1918-ci ildə Şərqdə ilk dəfə demokratik prinsiplərə əsaslanan ADR –nı yaradıcıları demək olar ki, bu təşkilatın üzvləri olublar. Məhz ADR “Günəş və Aslan”ın açıq formada fəaliyyət göstərən bir qolu “Difai” sayəsində yaradılıb. “Difai” özü güclü məxfi sistem yaradıb və onun üzvləri seçilmiş insanlar idi. Eyni zamanda “Difai”nin hər bir dövlət qurumunda, xüsusilə də rus təhlükəsizlik xidmətində etibarlı dayaqları vardı. Əhməd bəy Ağayev, Kərbəlayı İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Tiflisdən Məhəmməd ağa Vəkilov, Doktor Qarabəyov, Gəncədən Ələkbər bəy Xasməmmədov, Ədil xan Ziyadxanov və başqaları “Gün görənlərin” seçdikləri şəxslər idilər. “Difai”nin əsas simalarından biri hesab olunan axund Pişnamazzadə rus imperatoru tərəfindən rəsmən Qafqaz musəlmanları şiə ruhani idarəsinin şeyxulislamı vəzifəsinə təyin edilir. Bu isə “Günəş və Aslanın” böyük uğuru idi.
ADR-in süqutundan sonra “Günəş və Aslan” yenidən gizli fəaliyyətə çəkilir, üzvlərinin təhlükəsiz yerlərə köçürməsinə nail olur. II dünya müharibəsində biz onun fəaliyyətinin türk əsilli legionerlərin həyatının xilas edilməsində və Cənubi Azərbaycanda 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsinə nail olurlar. Lakın qısa sürən dövlət yenidən fars-rus-ingilis təsiri ilə dağıdılandan sonra 1946-cı ilə qədər sonralar isə gizlinə çəkilir.

Mənbələr:
1) Ahmet Güç. “Güneş (Dinler Tarihi)”, Diyanet İslam Ansiklopedisi, 1996. c. 14, s. 288
2) Cihat Aydoğmuşoğlu “Safevî, Kaçar ve Babür Bayrakları Üzerine Bir Değerlendirme”, Türk Dünyası İncelemeleri Dergisi, 2013 S. 13/2, ss. 53, 56, 57
3) C. J. Wills. In The Land of The Lion and Sun or Modern Persia, London: Ward, Lock & Bowden, Limited, 1893. Pp-96, 97
4) Willy Hartner. “The Pseudoplanetary Nodes of the Moon’s Orbit in Hindu and Islamic Iconographies”, Ars Islamica, 1938. S. 5, s. 11
5) Christopher E. Woods . “The Sun-God Tablet of Nabû-apla-iddina Revisited”, Journal of Cuneiform Studies, 2004 S. 56, 50, 51, 55
6) Erica Reiner . “Astral Magic in Babylonia”, Transactions of the American Philosophical Society, 1995 S. 85
7) Öcel Baheddin. Türk mitolojisi (kaynakları ve açıklamaları ile destanlar). I cilt. – Ankara, Türk Tarih Kurumu Yayımevi, 1989, s. 90-91.
8) Canfield, Robert L., Türk-İran Geleneği, Akdeniz’den Hindistan’a Türk-İran Esintileri. 2005
9) Çin arxivindən sənədlər…Azərbaycan arxivindən sənədlər, İran, Türkiyə arxivlərindən sənədlər

Zaur Əliyev, dosent

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki