ABŞ prezidenti Donald Tramp MAQATE müfəttişlərinin İrana girişi ilə bağlı danışarkən bildirib ki, “Hər kəs yaxşı bilir ki, İran gələcəkdə “nüvə bütövlüyünü” təmin etmək üçün böyük silah yoxlamalarına razı olacaq”.
Vətəninfo.az xəbər verir ki, daha əvvəl Axios məlumat vermişdi ki, ABŞ İranın BMT müfəttişlərinin danışıqların birinci mərhələsindən sonra nüvə obyektlərini, o cümlədən əvvəllər ABŞ və İsrail tərəfindən hücuma məruz qalan obyektləri yoxlamasına razılıq verməsini istəyir.
Buna cavab olaraq, Vaşinqton Tehrana dondurulmuş aktivlərin bir hissəsinə çıxış imkanı verməyə hazırdır.


























