image-reklam-veteninfo
image-1backend

Özbəkistan razılaşdı: Bu ərazilər Qırğızıstana verildi

image-reklam-veteninfo

Özbəkistan Respublikası ilə dövlət sərhədinin demarkasiyası çərçivəsində əvvəllər Özbəkistan ərazisinə aid olan iki yaşayış məntəqəsi öz sakinləri (təxminən 2500 nəfər) ilə birlikdə Qırğız Respublikasına verilib.

“Kabar” agentliyinə görə, bu barədə Qırğızıstan Prezidentin mətbuat katibi Askat Alaqozov məlumat verib.

Onun sözlərinə görə, bu yaşayış məntəqələri əvvəllər Özbəkistan Respublikasının Fərqanə bölgəsinin bir hissəsi olan Çonqara və Taş-Tobo kəndləridir. Bu yaşayış məntəqələrində etnik qırğızlar yaşayırlar.

Mətbuat katibi əlavə edib: “İndi bu kəndlərdə qeydiyyat prosedurları aparılacaq və bundan sonra onların sakinlərinə Qırğızıstan vətəndaşlığı veriləcək. Bu kəndlərin müqabilində Qırğızıstan tərəfi sərhəd zonasında Özbəkistan Respublikasına bərabər ölçülü torpaq sahələri verib”.

Bundan əlavə, Say kəndindən Tayan kəndinə yolun çəkilməsi üçün ümumi sahəsi 236 hektar olan bərabər torpaq sahələrinin mübadiləsi həyata keçirilib.

Mətbuat katibi qeyd etdiyi kimi, Qazaxıstan tərəfinə də Tokmok şəhəri yaxınlığında 800 metrlik yol hissəsinə bərabər torpaq sahələrinin mübadiləsi təklifi təqdim edilib.

O vurğulayıb: “Bu layihənin həyata keçirilməsi Almatinskaya küçəsindən Kemin şəhərinə qədər təxminən 150 kilometr uzunluğunda ödənişli avtomobil yolunun tikintisinə imkan verəcək”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki