ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana məxsus azad edilən aktivlər və vəsaitlər yalnız ABŞ-dən ərzaq və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacaq.
Vətəninfo.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, bu mexanizm vasitəsilə vəsaitlər faktiki olaraq Amerika fermerlərinə geri qayıdacaq. O, 91 milyon əhalisi olan İranın ərzaq məhsullarına ciddi ehtiyac duyduğunu vurğulayıb.
Bununla yanaşı, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti məsələ ilə bağlı fərqli mövqe sərgiləyib. O bildirib ki, Tehran mövcud razılaşmalar çərçivəsində ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları almağa məcbur deyil.
Hemməti qeyd edib ki, əgər Amerika məhsulları qiymət və keyfiyyət baxımından digər ölkələrin təkliflərindən daha uyğun olarsa, İran həmin məhsulları almaqda maraqlı ola bilər.


























