Vətəninfo.az xəbər verir ki, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun qardaş ölkədəki diplomatik fəaliyyəti başa çatıb.
Qeyd edək ki, bundan iki gün öncə Özbəkistanda uzun illər uğurla fəaliyyət göstərən səfirimiz Hüseyn Quliyevin diplomatik missiyası başa çatıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla, Hüseyn Quliyev Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı məlumat yaydıqda, eyni zamanda onu da vurğulamışdıq ki, redaksiyamıza möhtəbər mənbələrdən daxil olan məlumatda iddia edilir ki, onun yerinə yaxın günlərdə Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov təyin olunacaq.
Vətəninfo.az


























