Dördtərəfli danışıqları dayandırmaqla bağlı qərarımızdan sonra ABŞ tərəfi ilə birbaşa dialoq aparılmayıb.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib.
“İran və ABŞ arasında iki vasitəçi ilə aparılan danışıqlar günortadan sonra saat 3-də başladı və təxminən saat yarım davam etdi. Belə qərara alındı ki, danışıqlar yarım saatlıq fasilə ilə yenidən başlasın. Elə bu fasilədə, ABŞ rəsmilərinin təhdid dolu bəyanatlarını eşitdik. Buna görə də, bundan sonra dördtərəfli dialoq baş tutmadı və danışıqlar vasitəçilər yolu ilə mesajların çatdırılması ilə davam etdi”, – Bəqayi bildirib.
Onun sözlərinə görə, İranın dördtərəfli danışıqları dayandırmaq qərarından sonra ABŞ-la heç bir birbaşa təmas baş tutmayıb.


























