Bu gün İran prezidenti Məsud Pezeşkian “X” hesabında bildirib ki, danışıqlar prosesində əldə olunan nəticələrin davamlı olması tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsindən asılıdır.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian qeyd edib ki, danışıqlarda real irəliləyiş yalnız razılaşdırılmış müddəaların tam və dəqiq şəkildə icra olunması ilə mümkündür.
“Danışıqların effektivliyi razılaşdırılmış öhdəliklərə tam sadiqlikdən və onların dəqiq yerinə yetirilməsindən asılıdır. Bu yolda irəliləyiş qəbul edilmiş məsuliyyətlərə praktiki riayət etməklə ölçüləcək. Razılaşdırılmış mətndən kənar bəyanatlar danışıqların irəliləməsinə kömək etmir”, – deyə, prezident vurğulayıb.


























