image-reklam-veteninfo
image-1backend

Gürcüstan 20 gündən çoxdur Azərbaycan maşınlarını buraxmır

image-reklam-veteninfo

Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.

Vətəninfo.az xəbər verir ki, TIR sürücülərindən biri Aslan Kərimovun “Report”un Gürcüstan bürosuna bildirdiyinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:

“Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.

A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.

Onun sözlərinə görə, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Gürcüstandakı Azərbaycan səfirliyindən isə məlumat verilib ki, yazılı ərizə ilə onlara müraciət edilib və onlar da bu işlə məşğuldurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki