Gürcüstan Polşa ilə birlikdə mart ayından pilotsuz uçuş aparatını (PUA) istehsal etməyə başlayacaq. Vətəninfo.az xəbər verir ki, bunu çərşənbə axşamı Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin 2022-ci il üçün gördüyü işlər haqqında hesabatı zamanı deyib.
“Polşa şirkəti ilə birlikdə pilotsuz təyyarələrin istehsalına başlayırıq. Dronların istehsalına bir neçə aydan sonra başlanacaq. Ölkəmiz bir neçə min pilotsuz təyyarə istehsal edə biləcək”, – Qaribaşvili bildirib.
Hökumət başçısı həmçinin əlavə edib ki, respublika hava hücumundan müdafiəni gücləndirmək üçün İsrailin “Rafael” şirkəti ilə əməkdaşlıq edir. Əməkdaşlıq mövcud sistemlərin modernləşdirilməsini, həmçinin yenilərinin alınmasını nəzərdə tutur.