image-12784310_0_106_1120_736_1920x0_80_0_0_8a633526fc0cc8c1a1588c2581503a5bbackend

Gürcüstan sərhədi ermənilərin üzünə “bağladı”

image-reklam_sirab_01

Erməni avtomobilləri bir neçə gün Gürcüstan sərhədindən Ermənistan ərazisinə daxil ola bilmir.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşrin redaksiyasına sərhədə yaxın tıxaclardan şikayət edən erməni yük maşını sürücülərindən məlumat daxil olub. Onlar artıq üçüncü gündür ki, Sadaxlo keçid məntəqəsindən Ermənistana daxil ola bilmirlər.

Sürücülərdən birinin dediyinə görə, o, artıq üç gündür ki, Şulaveri kəndi yaxınlığındakı dayanacaqdadır. “Eyni zamanda, Ermənistan tərəfində böyük növbələr yaranıb və heç kim sürücülərə xidmət göstərməyə tələsmir”, – deyə qəzet yazıb.

“Spaika” nəqliyyat şirkətinin layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Karen Baqdasaryan “Sputnik Armenia”ya müsahibəsində qeyd edib ki, şirkətin avtomobilləri başqa problemlə üzləşib: onlar da Ermənistan ərazisinə daxil ola bilmirlər, lakin Gürcüstan tərəfində qeydiyyatın gecikməsi səbəbindən. Şirkətin bəzi maşınları 4-5 gün gözləməli olur.publika

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki