image-defaultbackend

Gürcüstanda ağır cinayət: 5 nəfər öldürüldü

image-reklam_sirab_01

Gürcüstanda bir nəfər yaşayış binasındakı mənzillərdən birinin eyvanından atəş açıb, nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki, daha sonra qatil intihar edib.   Gürcüstanın Birinci Kanalının Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, insident Saqarecoda baş verib.

 “İstintaqın məlumatına görə, 1974-cü il təvəllüdlü N.A. yaşayış binasındakı mənzillərdən birinin eyvanından bir neçə dəfə atəş açıb, nəticədə evin həyətində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Təqsirləndirilən şəxs hadisə yerinə çağırılan Daxili İşlər Nazirliyinin əməkdaşlarına da atəş açıb, onlardan biri ölüb.

Hadisə yerinə əlavə polis bölmələri səfərbər edilib, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi cəlb olunub, təqsirləndirilən şəxsin intihar etdiyi bildirilir”, – məlumatda deyilir.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Qomelauri qeyd edib ki, atıcı 2021-ci ilə qədər Gürcüstan Silahlı Qüvvələrində xidmət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki