image-1backend

Gürcüstanda qanlı gecə: Etirazçılar həbs edildi

image-reklam_sirab_01

Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalmaqda davam edir. Vətəninfo.az Sputnik Gürcüstan-a istinadən  xəbər verir ki, xüsusi təyinatlılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq bibər qazından istifadə ediblər.

Qeyd olunur ki, etirazçılar polisin parlament binasına girişləri bağlamamaq tələbini yerinə yetirməkdən imtina etdikdə polis həmin addıma əl atıb.

Etirazçılar təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atıblar. Bu zaman xüsusi təyinatlılar aksiya iştirakçılarını parlamentin girişlərindən uzaqlaşdırıblar.

Etiraz zamanı qalmaqallı qanun layihəsinin müzakirə olunduğu plenar iclas başa çatanda vəziyyət gərginləşib. Nəticədə bir neçə nəfər saxlanılıb.

Bundan əvvəl Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib, buna Gürcüstan prezidenti Salome Zurabişvili, müxalifət və Qərb diplomatları etiraz ediblər. onlar hesab edirlər ki, bu qanun Avropa Birliyinə inteqrasiyaya mane olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki