image-1backend

Gürcüstanda tələbə, yaşlı, turist və standart yerli sakin üçün ictimai nəqliyyatdan istifadə etmək qiymətləri fərqlidir

image-reklam_sirab_01

Gürcüstanda tələbə, yaşlı, turist və standart yerli sakin üçün ictimai nəqliyyatdan istifadə etmək qiymətləri fərqlidir. Turist ödəniş edir 1,50 lari (91 qəpik) çıxır. Yerli standart sakin kartını vuranda 1 lari (60 qəpik) ödəniş edilir.

Tələbələrin isə çox böyük güzəşti var. Kartı vururam 0,20 lari ( 12 qəpik) çıxır. Təqaüdçülərdə isə 0.10 laridir (6 qəpik). Qazilər, veteranlar isə TAMAMİLƏ PULSUZ istifadə edir.

Bu ödəniş isə hər dəfə edilmir. Bir dəfə ödəniş etməklə İSTƏNİLƏN İCTİMAİ NƏQLİYYAT VASİTƏSİ (Metro, avtobus, balaca marşrutlar da daxil olmaqla) 90 dəqiqə ərzində istifadə etmək olur.

Avtobusa qabaq qapıdan girib orta və arxa qapıdan çıxmaq məsələsi də yoxdur. İstənilən girişdə ödəniş etmək üçün aparatlar quraşdırılıb. Sürücü isə sizlə dalaşmır ki, “kartı vur yoxsa sürməyəcəm”. Adam öz işini görür-maşını sürür. Çünki, bəzən dayanacaqlarda əlində kart oxuyam şəxslər sənin ödəniş edib-etmədiyini yoxlayır. Bəzən isə də avtobusun daxilində sadəcə reyd keçirirlər. Adamların gözünün qarşısında belə kartı vursan sənə bir kəlimə deməzlər ki, məni görüb ödəniş etdin. Yada ki, ödəməmisənsə deyir ki, zəhmət olmasa ödəniş elə. Burada məqsəd cərimə yazmaq yox, qaydalara insanları öyrətməkdir. Yenə ödəmədiyin təqdirdə isə 20 lari cərimədir (ən son variantda).

Avtobusların tıxacda qalmaq məsələsi isə 0-ra bərabərdir. Sistem elə çalışır ki, saat kimi. Öz yolu ilə hərəkət edir və lövhədə qeyd edilən vaxtda orada olur. 2 dəqiqə yazılıbsa 3-cü dəqiqədə gələ bilməz.

Özü də ki, tək nəqliyyat kartı ilə deyil,həm də istənilən bank kartlarından ödəniş etmək mümkündür. Balansında pul yoxdursa da, ödəniş edilir və balansına pul yükləyəndə faizssiz olaraq o pul çıxılır.

Yəni, hər şey vətəndaş üçün düşünülüb. Sonra da deyirlər ki, Gürcüstanı niyə bizimkilər dəstəkləyirlər biz başa düşmürük. Bəyənənləri gözümçıxdıya salmaq əvəzinə, əhali üçün, xalq üçün faydalı olanları danışmaq lazımdır. Kartı harada necə yükləyim dərdi çəkirik, a kişi. Onlayn isə ödəyirsən 3 günə yüklənir.  İş görmək lazımdır,iş. Öləndə arxanızca lənət yox, rəhmət oxusunlar.

Tariflərin olduğu linki rəydə paylaşıram :

https://ttc.com.ge/en/tariff/10

image-1

Xanlar Mehdiyev Jurnalist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki