Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana rəsmi səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: “Hakan Fidan 2023-cü il dekabrın 14-də Azərbaycana səfər edəcək. Nazirimiz həmkarı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, prezident İlham Əliyev tərəfindən qəbul olunacaq”.