Hakerlər Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı Rusiya televiziyasında nümayiş etdiriblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Politika strani” teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna prezidentinin müraciəti TV-3, STS və TNT telekanalları tərəfindən yayımlanıb.
Eyni zamanda Rusiya sosial şəbəkələri Rusiya telekanallarına hücumun uzun sürmədiyini yazır.
Zelenskinin çıxışı efirə çıxandan 30-40 saniyə sonra kəsilib.