Futbol hakimi Remigio Armoa Argentinada oyun zamanı bıçaqla oyunçuya hücum edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, oyun zamanı meydanda dava düşüb və futbolçular hakimi mühasirəyə alıblar. Daha sonra Armoa bıçağı çıxararaq oyunçulardan birinin sinəsinə zərbə endirib.
Zərərçəkmiş huşunu itirib və komanda yoldaşları onu meydançadan çıxarıblar. Futbolçuya sonradan tibbi yardım göstərilib və onun həyatı üçün təhlükə yoxdur. Söhbət futbolçu Kevin A-dan getdiyi bildirilir.
Armoa cinayətdən sonra qaçmağa çalışıb. Lakin polis onu saxlamağa müvəffəq olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb.