Ermənistanın baş naziri Nikol Paşinyanın ən yaxın adamı Tavuş Marzın qubernatoru Hayk Qalumyan sensasion etirafla gündəm olub. Vətəninfo.az xəbər verir ki, Hayk Qalumyan dünən Ermənistan Milli Məclisdə jurnalistlərə açıqlamasında bəzi ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini açıqlayıb.
Hayk Qalumyan bildirib ki, hal-hazırda bəzi ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müzakirələr aparılır: “Bəli bu ərazilər Azərbaycana məxsusdur. Bizim deməyimizlə iş bitmir. Beynəlxalq konvensiyalara görə həmin ərazilər boşaldılmalıdır.“