image-defaultbackend

“Heç kim Ermənistana kömək etməyəcək, onlar bir saniyə əvvəl Azərbaycanla müqavilə imzalamalıdır” –  Çavuşoğlu

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi mövzusuna toxunub.

Vətəninfo.az xəbər verir ki,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə yaxın gələcəkdə iki ölkə arasında hava əlaqəsini, eləcə də hava yük daşımalarını qarşılıqlı şəkildə açaraq, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində etimad yaradan addımlar atıb.

“Türkiyə və Azərbaycan səmimi olduqları üçün Ermənistandan da eyni səmimiyyət gözləyirlər. Cənubi Qafqaz ölkələri olaraq sülh və sabitliyimiz üçün addımlar atmalıyıq”, – Çavuşoğlu bildirib.

Ermənistana toxunan Türkiyənin xarici işlər naziri kənardan, Qərbdən, Şərqdən heç kimin burada heç nə almayacağını bildirərək, Ermənistanı bir saniyə əvvəl Azərbaycanla sülh müqaviləsini imzalamağa çağırıb.

Çavuşoğlu “Laçın dəhlizi” mövzusuna toxunaraq, sülhməramlıların rolundan danışaraq vurğulayıb ki, sülhməramlı vasitəçilik ruslara məxsusdur və onlar əmin olmalıdırlar ki, mədən mərkəzlərində azərbaycanlı mütəxəssislərin yoxlamasına heç kim mane olmasın. “Burada əsas məsuliyyət rusların üzərinə düşür. Çünki onlar Laçın dəhlizinin fəaliyyətinə birbaşa cavabdehdirlər”, – Çavuşoğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki